#Dünya

Nigeriyada neft oğurluğu zamanı faciə yaşanıb – 43 ölü

Nigeriyanın Rivers ştatında neft oğurluğu cəhdi zamanı faciəvi hadisə yaşanıb. 

Xəbər Experti Nigeriya mediasına istinadən xəbər verir ki, Okari körpüsündə zəhərli qaz sızması nəticəsində 43 nəfər həyatını itirib. Huşunu itirənlərin bəziləri çaya yıxılaraq itkin düşüb.

Rivers ştatı polisinin sözçüsü Aqabe Blessinq Karbalo ölən və zəhərlənənlərin neft oğurluğu cəhdində iştirak etdiyini təsdiqləyib. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma başlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir