#Dünya

“ABŞ-la ticarət sazişi imzalamağa hazırıq” – Baş nazir

“ABŞ hazır olduqda, biz ticarət sazişi imzalamağa hazırıq”.

Xəbər Experti xəbər verir ki, bunu Vaşinqton bunu Kanadanın Baş naziri Mark Karni bildirib.

“Biz danışıqlar masasına oturmağa və amerikalılar hazır olduqda bu sazişi bağlamağa hazırıq”, –  Karni jurnalistlərə deyib.

ABŞ tərəfinin Ottavanın daxili siyasi səbəblərdən ona təklif olunan sazişdən imtina etməsi ilə bağlı iddialarını şərh edən Karni bildirib ki, ABŞ hökumətinin üzvlərini Kanada siyasəti üzrə ekspert hesab etmir.

Bloomberg agentliyinin daha əvvəl yaydığı məlumata görə, ABŞ və Kanada arasında ticarət sazişi üzrə danışıqlar son anda pozulub. Buna səbəb kimi ABŞ-ın ticarət naziri Hovard Latnik göstərilib.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 2027-ci il yanvarın 1-dən Kanadadan idxal olunan avtomobillər, avtomobil komponentləri və polad üçün gömrük rüsumlarını 50 faizə qədər artıracaq. Bu addım ticarət danışıqlarının nəticəsiz başa çatmasından sonra atılıb. Danışıqlardan sonra Baş nazir Karni Kanadanın 8 sentyabrdan cavab tarifləri tətbiq edəcəyini açıqlayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir