#Ölkə

Çində restoranda yanğın – 6 ölü, 3 yaralı

Cənubi Çinin Hainan əyalətinin paytaxtı Haikou şəhərində təmir işləri aparılan restoranda yanğın baş verib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haikou Yanğınsöndürmə və Xilasetmə Bürosu açıqlama yayıb.

Məlumata görə, yanğın Xiuyinq küçəsində təmir işləri aparılan restoranda olub. Dərhal hadisə yerinə göndərilən qruplar yanğını qısa müddətdə söndürüblər.

Axtarış-xilasetmə əməliyyatlarından sonra hadisədə 6 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı müəyyən edilib.

Büro rəsmiləri yaralıların vəziyyətinin sabit olduğunu və yanğının səbəbləri ilə bağlı araşdırma aparıldığını bildiriblər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir