Kanar adalarında miqrantları daşıyan qayıq batıb – ən azı 80 ölü
Qambiyadan yola düşən və 128 nəfəri daşıyan miqrant qayığı Kanar adalarından təxminən 120 kilometr aralıda batıb.
Xəbər Experti xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, 45 nəfər xilas edilsə də, yalnız 5 cəsəd tapılıb. Sahil Mühafizəsi dənizdəki sərt şərait səbəbindən ölənlərin sayının ən azı 80 olduğunu təxmin edir.










