#Dünya

Almaniyada qatar stansiyası yaxınlığında partlayış

Almaniyanın Bavariya əyalətinin Auqsburq şəhərindəki qatar stansiyasının yaxınlığında partlayış baş verib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, partlayış ətraf küçələrdə və ictimai nəqliyyatda nasazlıqlar yaradıb. Hadisə nəticəsində iki nəfər yaralanıb və ərazidə nəqliyyatın hərəkəti pozulub.

“Augsburger Allgemeine” qəzeti partlayışın qatar stansiyasının qarşısındakı Bahnhof küçəsindəki bir bankın yanında baş verdiyini yazıb.

“Bild” qəzetində yer alan xəbərdə isə partlayışın qatar stansiyasının yaxınlığındakı bir türk zərgərlik mağazasının qarşısında baş verdiyi bildirilib. Hadisədə əl qumbarasından istifadə edildiyi vurğulanıb.

Polis qrupları partlayışdan sonra ərazidə araşdırma başladıb. Partlayışda aldıqları xəsarətlər səbəbindən 17 yaşlı qız və 18 yaşlı oğlan müalicə üçün xəstəxanaya aparılıb.

Səhər saatlarında ərazidə başqa bir şübhəli əşya tapıldıqdan sonra polis Auqsburq Dəmir Yolu Stansiyasını tamamilə bağlayıb. Əvvəllər müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərən qatar xidmətləri tamamilə dayandırılıb. Hadisə yerinə çoxsaylı polis qrupları göndərilib. Partlayıcı maddələr üzrə mütəxəssislər ərazini araşdırır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir