Azərbaycanlı jurnalistlər İsrail-Livan sərhədində olublar
İsrailə media-tur çərçivəsində Azərbaycandan olan bir qrup jurnalist İsrailin Livanla sərhədində olublar.
Xəbər Experti xəbər verir ki, jurnalistlərə Livan və Suriya ilə sərhəddəki hazırkı vəziyyət, təhlüləsizliklə bağlı məlumat verilib.
Alma Tədqiqat və Təhsil Mərkəzinin təsisçisi və prezidenti Sarit Zahavi deyib ki, Suriyada və Livanda siyasi vəziyyətin dəyişməsi “Hizbullah” qruplaşmasının gücünü sarsıdıb.
O bildirib ki, danışıqlar davam edir, Suriya və Livanla uğurlu razılaşma əldə ediləcəyinə ümid edir.
Qeyd edək ki, iyunun 26-da İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalanıb. Sazişdə “Hizbullah”ın tərksilah edilməsi, Livan ordusunun ölkədə yeganə hərbi güc olması və İsrail ordusunun Livan ərazisini tərk etməsi nəzərdə tutulub.








