Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq
Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sabah gümorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Xəbər Experti bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
“Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik,” – qurumun məlumatında qeyd olunub.








