#Dünya

La-Manş dənizində balıqçı qayığı batıb – 2 nəfər itkin düşüb

Fransa ilə İngiltərə arasında La-Manş dənizində beş nəfəri daşıyan balıqçı qayığı batıb. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin Dənizçilik və Sahil Mühafizəsi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məlumatdan sonra əraziyə sahil mühafizəsi helikopteri, sabit qanadlı təyyarə və Kral Milli Xilasetmə Qayıqları göndərilib.

Qayığın batması nəticəsində iki nəfərin itkin düşdüyü, üç nəfərin isə xilas edildiyi bildirilib. Xilas edilən şəxslər müalicə üçün xəstəxanaya aparılıb və iki itkin düşmüş şəxsin axtarışı davam edir.

Sahil mühafizəsi gecə boyu intensiv axtarış əməliyyatlarının davam etdiyini və axtarışların bu gün də çox sayda texnika ilə aparıldığını bəyan edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir