4 yaşlı qız quduzluqdan vəfat etdi
Türkiyədə 4 yaşlı qız quduzluqdan vəfat edib.
Xəbər Experti Türkiyə mətbuatına istinadən xəbər verir ki, olay Diyarbakırın Sul rayonunda yaşanıb.
4 ay əvvəl küçə pişiyinin uşağın dodağını dişləməsi faciə ilə nəticələnib. Avqustun 10-da N.K-nın valideynləri övladlarının səhhətində problemlərin yarandığını görüb Diyarbakır Uşaq Xəstəlikləri xəstəxanasına müraciət ediblər. 3 gün sonra isə qızda quduzluğun olduğu aşkarlanıb. Müalicə olunan N.K. dünən vəfat edib.
Qeyd edək ki, quduzluq heç bir müalicəsi olmayan xəstəlikdir və bütün hallarda ölümlə nəticələnir.








