#Dünya

Nepalda daşqınlarda ölənlərin sayı 900-ü keçdi

Ötən həftə Nepalın şimal rayonlarında baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 900-ü keçib.

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nepalın dövlət qurumları məlumat yayıb.

Məlumatda bu səhərə kimi 903 nəfərin cəsədinin tapıldığı, 10461 nəfərin isə xilas edildiyi qeyd olunur. 4200-dən çox insan hələ də itkin düşmüş sayılır. Onlardan 592-i əcnəbidir. Bundan başqa hidroenergetika müəssisələrinin azı 933 əməkdaşının tunellərdə qalması da ehtimal edilir.

Xatırladaq ki, avqustun 26-ı səhər saatlarında Nepalda güclü daşqın baş verib. Buna Tibet ərazisində Lhende çayının məcrasını bağlayan zəlzələ və torpaq sürüşməsi səbəb olub. Toplanmış suyun maneəni yararaq axması Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin yüksəlməsinə gətirib çıxarıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir