İran İordaniyaya raket zərbəsi endirib
İrana endirilən zərbələrdən sonra gecə saatlarında İordaniyada bir sıra partlayışlar baş verib.
Xəbər Experti xəbər verir ki, bu barədə İran nediası məlumat yayıb.
Partlayışlar nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilmir.
Avqustun 30-da ABŞ-a məxsus pilotsuz uçuş aparatı Hörmüz boğazında yerləşən İranın Larak adasına zərbə endirib. Hücum nəticəsində iki nəfər yaralanıb, daha iki nəfər isə həlak olub.
Bundan əvvəl ABŞ rəsmisi “Axios” agentliyinə açıqlamasında İranın Hörmüz boğazına nəzarəti itirdiyini və hazırda boğazın ABŞ-ın nəzarətində olduğunu bildirib. Bir neçə ABŞ rəsmisinin sözlərinə görə, Hörmüz boğazının böyük hissəsi minalardan təmizlənib və son həftələrdə getdikcə daha çox tanker boğazın cənub zolağından keçir.










