#Ölkə

Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib – DSX

Şəkinin dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alan Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təxliyə edilib.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, 1979-cu il təvəllüdlü Niderland vətəndaşı avqustun 29-da Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

DSX-nin helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib. Təxminən 2000 metr yüksəklikdə həyata keçirilən əməliyyat nəticəsində yaralı turistə ilkin tibbi yardım göstərilib və helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun təcili əməliyyat olunduğu bildirilib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir