“Neftçi” üçün üçün hər şeyimi verməyə hazıram”
“Neftçi”nin yeni transferi Denzel Jubitana kluba keçidindən danışıb.
Xəbər Experti xəbər verir ki, 27 yaşlı futbolçu paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib:
“Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram. Mən bu klub üçün hər şeyimi verməyə hazıram. Ən qısa zamanda görüşənədək, dostlar”.
Qeyd edək ki, “Neftçi” Denzel Jubitana ilə 2 illik müqavilə imzalayıb.








