Qazaxıstanda neft emalı zavodunda yanğın olub
Qazaxıstanın Atırau şəhərindəki neft emalı zavodunda yanğın baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, yanğın qapalı tipli mexaniki emal zavodunun çökdürmə çənində başlayıb.
Hadisə zamanı obyektdə heç bir iş aparılmayıb.
Yanğına təxminən 65 işçi heyəti və 19 nəqliyyat vasitəsi cəlb edilib. Bir neçə saat ərzində yanğın nəzarət altına alınıb və qısa müddətdə tamamilə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.










