Əfsanəvi basketbolçunun forması hərraca çıxarılır
Əfsanəvi basketbolçu Maykl Cordanın 1998-ci il NBA finalının 3-cü oyununda geydiyi forma hərraca çıxarılacaq.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, formanın 10-15 milyon dollar arasında satılacağı gözlənilir.
Hərrac 15-29 sentyabr tarixlərində onlayn şəkildə keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Cordanın 1998-ci il NBA finalının 1-ci oyununda geyindiyi forma hərracda 10,1 milyon dollara satılıb.









