Ermənistanda daha bir hərbçinin meyiti tapılıb
Avqustun 24-də Ermənistanda hərbi hissələrdən birində müqaviləli hərbi qulluqçunun meyiti aşkar edilib.
Xəbər Experti xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, hərbi qulluqçu intihar edib, lakin hadisənin təfərrüatları hələlik məlum deyil.
Rəsmi açıqlama verilməsə də, istintaq orqanlarındakı mənbə nəşrə hərbi qulluqçunun ölüm faktını təsdiqləyib.










