Benqal körfəzində gəmi batdı
Benqal körfəzində, Hindistanın Odişa ştatının Paradip portundan 440 km məsafədə Panama bayrağı altında üzən MV Ocean Winner yük gəmisi batıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza anında gəminin göyərtəsində 24 nəfər olub.
Qəza siqnalından sonra hadisə yerinə Hindistan sahil mühafizəçiləri və hərbi-hava qüvvələrinin hərbçiləri köməyə gediblər. Yerli mətbuat cəmi 2 nəfərin xilas edildiyini yazır. Həmçinin qalanlarının axtarışlarının aparıldığını bildirir. Qəzanın baş vermə səbəbləri barədə dəqiq məlumat verilmir. Bilinən odur ki, gəmidəki 24 nəfərin 20-i Çin, 3-ü Myanma və 1-i Banqladeş vətəndaşıdır.
Qeyd edək ki, Odişidən Sinqapura kurs götürən gəminin yükü 72100 ton dəmir filizi idi.









