Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub
Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Xəbər Experti-in məlumatına görə, hadisə ötən gün saat 18.00-da paytaxtın Səbail rayonunda yerləşən Həsən Seyidbəyli küçəsi “İçərişəhər” metrostansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, Hüseynli Həsən Qorxmaz oğlunun idarə etdiyi 77-UD-238 dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.
Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.










