ABŞ-də təyyarə polis helikopteri ilə toqquşdu
Pensilvaniya ştatında yüngülmühərrikli təyyarə polis helikopteri ilə toqquşub.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karlayl hava limanı ərazisində baş verib.
Cessna 150 təyyarəsi eniş edərkən arxadan orada dayanmış Bell 407 markalı helikopterə çırpılıb. Təyyarənin pilotu hadisə yerinə dünyasını dəyişib. Helikopterdə olan 2 polis əməkdaşı isə xəsarət alıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Karlayl hava limanında dispetçer qülləsi yoxdur və pilotlar radiodalğalar vasitəsilə əlaqə saxlayırlar.










