#Dünya

Tacikistan İrandan xam neft və yanacaq istəyib

Tacikistan 2,55 milyon ton neft və neft məhsullarının tədarükü üçün rəsmi olaraq İrana müraciət edib.

Xəbər Experti xəbər verir ki, bu barədə Tacikistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Müraciətdə xam neft (2 ml ton), dizel yanacağı (300 min ton), benzin (150 min ton) və aviasiya kerosini (150 min ton) yer alıb. 

Qeyd edilib ki, bu, iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi planının bir hissəsidir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir