#Dünya

Hindistanda məbəddə izdiham – 7 ölü

Hindistanın Bihar əyalətindəki bir məbəddə ibadət edənlər arasında izdiham yaşanıb. 

Xəbər Experti “Asian News International”a istindən xəbər verir ki, izdiham nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İzdihamın məbədin yaxınlığında elektrik dirəyinin çökməsi nəticəsində yarandığı güman edilir.

Ştat hökuməti hadisə yerinə təcili yardım qruplarının göndərildiyini bildirib. Eyni zamanda, bir çox yaralı bölgədəki xəstəxanalara aparılıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir