Yunanıstanda meşə yanğınları törədən 281 nəfər həbs olunub
Yunanıstanda bu ilin əvvəllərindən başlayaraq meşə yanğınları törədən 281 nəfər saxlanılıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Daxili İşlər Nazirliyi rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda yanğınların 29-nun qəsdən törədildiyi bildirilir. 252 nəfər isə ehtiyatsızlıqdan yanğına səbəb olub.
Qanunlara görə qəsdən yanğın törədənləri ciddi cəza gözləyir. Belə ki, onlar 20 ilə qədər həbs oluna, 200 min avro məbləğində cərimə edilə bilərlər.
Qeyd edək ki, Yunanıstanda meşə yanğınları ilə bağlı vəziyyət ağır olaraq qalır. İndiyə kimi minlərlə hektar yaşıllığın külə döndüyü bildirilir.










