Bəşər Əsədin əmisi oğluna ölüm hökmü verildi
Suriyanın sabiq prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd ölüm hökmünə məhkum edilib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dəməşqdə keçirilən məhkəmə iclasında qərar qəbul olunub.
Vasim Əsəd bir neçə nəfərin öldürülməsində, işgəncə verməkdə, insanlığa qarşı və hərbi cinayətlərdə ittiham edilirdi.
Yeri gəlmişkən, məhkəmənin qərarı ilə Vasim Əsədin bütün əmlakı da müsadirə olunub.










