#Dünya

Fransada təlim təyyarəsi qəzaya uğrayıb, heyət üzvləri xəsarət alıb

Fransa Aerokosmik Qüvvələrinə məxsus Cirrus SR-20 təlim təyyarəsi Salon-de-Provansda (Buş-dyü-Ron departamenti) təlim uçuşu zamanı qəzaya uğrayıb.

Xəbər Experti xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Heyət üzvləri – təlimatçı və pilot – xəsarət almalarına baxmayaraq siqnal verə biliblər. Qəza zamanı onlar yaşayış məntəqələrindən yayınmağı bacarıblar, nəticədə digər zərəçəkənlər olmayıb.

Təyyarədə olan Hərbi Hava Qüvvələri Məktəbinin iki hərbçisi RD 113 magistral yoluna təcili eniş edib və təyyarə alovlanmadan əvvəl onu tərk etməyi bacarıblar.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir