#Dünya

ABŞ-də daşqınlar 6 nəfərin həyatına son qoyub

Güclü yağışlar və fırtınalar ABŞ-də daşqınlara səbəb olub. 

Xəbər Experti “NBC News”a istinadən xəbər verir ki, İndianada bir həftə davam edən daşqınlar zamanı 6 nəfər həlak olub, 90-dan çox insan xilas edilib.

Çoxsaylı ev və nəqliyyat vasitələri də su altında qalıb.

Səlahiyyətlilər güclü yağış və ildırımın davam edəcəyinin gözlənildiyini bildirib, sakinləri daşqın sularından uzaq durmağa və rəsmi xəbərdarlıqlara qulaq asmağa çağırıblar.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir