Beyləqanda Kanaldan 19 Yaşlı Qızın Meyiti Tapılıb
Beyləqan rayonunda Yuxarı Qarabağ kanalında suda boğulan şəxsin meyiti aşkarlanıb.
Ötən gün rayon sakini, 2007-ci il təvəllüdlü Rəvanə Hümayətəliyeva Yuxarı Qarabağ kanalında çimərkən suda boğulub.
Axtarış-xilasetmə tədbirləri nəticəsində onun meyiti hadisənin baş verdiyi ərazidən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.










