#Futbol

Ferran Torres PSJ-yə keçdi

“Barselona”nın hücumçusu Ferran Torres karyerasını PSJ-də davam etdirəcək.

Xəbər Experti Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilədək müqavilə imzalanıb.

2026-cı ilin dünya çempionu yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, PSJ-nin baş məşqçisi Luis Enrike Ferran Torresi yaxşı tanıyır. Futbolçu 2020-ci ildə məhz onun rəhbərliyi altında İspaniya millisində debüt edib.

Torres ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 21 qol vurub və 3 qolun ötürməsini verib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir