Separatçılar Kamerunda 13 mülki şəxsi qaçırıblar
Kamerunun ingilisdilli şimal-qərb bölgəsindəki separatçı qrupun silahlı üzvləri sərnişin avtobusuna hücum ediblər.
Xəbər Experti xarici KİV-ə istinadən istinadən xəbər verir ki, insident Batibo və Mamfe arasındakı magistral yolda baş verib.
Silahlı şəxslər sərnişinləri avtobusdan zorla endirib, pullarını və şəxsi əşyalarını oğurlayıblar. Daha sonra hücum edənlər 13 nəfəri zorla meşəlik əraziyə aparıblar.
Qaçırılan şəxslərin azad edilməsi üçün pul tələb olunur.










