İspaniyada meşə yanğınları, daha 1100 nəfər təxliyə olundu
İspaniyada meşə yanğınları davam edir.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, Uelva və Ueska əyalətlərində yeni yanğın ocaqlarına görə 1100-dən çox yerli sakin təxliyə olunub.
Təhlükəli ərazilərdən çıxarılanların 681-i Ueska, 477-i isə Uelvanın payına düşüb. Bundan başqa Ueskada 31 min, Uelvada isə 6 min hektara yaxın yaşıl sahə külə dönüb.
Qeyd edək ki, yanğınla mübarizəyə yüzlərlə canlı qüvvə, onlarla texnika, o cümlədən helikopterlər cəlb olunub.










