#Dünya

ABŞ qoşunlarını bu tarixdə İraqdan çıxaracaq

ABŞ sentyabrın 30-dək İraqdan bütün qoşunlarını çıxarmağı planlaşdırır. Bu tarix Bağdadın ölkədə beynəlxalq antiterror koalisiyasının missiyasını başa çatdırmaq üçün müəyyən etdiyi müddətdir.

Xəbər Experti xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

Bildirilib ki, Vaşinqton İraq hakimiyyətinə ABŞ qoşunlarının bu il sentyabrın 30-dək ölkədəki hərbi mövcudluğunu başa çatdıracağını bildirib.

Mənbələrin məlumatına görə, ABŞ İraqın Kürdüstan muxtar regionundan Amerika hərbi bölmələrinin çıxarılması prosesini sürətləndirib. İraq Kürdüstanından çıxarılacaq Amerika qüvvələrinin hansı ölkələrə yerləşdiriləcəyi dəqiqləşdirilməyib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir