#Dünya

Gürcüstan Rusiya ilə sərhədi bağladı

Gürcüstan hakimiyyəti Rusiya ilə “Kazbeqi – Verxnıy Lars” yeganə quru sərhəd buraxılış məntəqəsini bağlayıb.

Xəbər Experti Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb məntəqənin yerləşdiyi Devdoraki dərəsində suyun səviyyəsinin qalxmasıdır.

Məlumatda Devdoraki çayında quraşdırılmış xəbərdaredici sistemdən suyun səviyyəsinin artması ilə bağlı siqnal daxil olması bildirilir. Bu üzdən məntəqədəki insanlar, xidməti personal, polis və sərhədçilər dərhal təxliyə ediliblər. Bundan başqa sərhədə yaxın Qveleti kəndinə nəqliyyatın hərəkəti də dayandırılıb.

Qeyd edək ki, sərhəd buraxılış məntəqəsinin fəaliyyəti Devdoraki çayında suyun səviyyəsi normaya düşdükdən sonra bərpa olunacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir