İtaliyada 8 milyonluq yaxta batdı
İtaliyada bir iş adamının cəmi 4 gün əvvəl 8 milyon avroya aldığı yaxta batıb.
Xəbər Experti İtaliya mətbuatına istinadən xəbər verir ki, olay Sardiniyada, Porto-Çervo yaxınlığında baş verib.
30 metr uzunluğu olan dəbdəbəli “Angiola II” yaxtasının batmasına mühərriyində yaranan nasazlığın səbəb olduğu bildirilir. Hazırda yaxta Kosta-Smeralda adlı ərazidə 7 metr dərinlikdə yanı üstə qalıb.
Qeyd edək ki, qəza zamanı göyərtədə 14 nəfər olub. Onlar vaxtında təxliyə olunublar, xəsarət alan yoxdur.










