Türkiyədə F-16 qəzaya uğrayı
Türkiyədə F-16 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Xəbər Experti xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Yalovada baş verib.
“Hərbi Hava Qüvvələrimizə məxsus F-16 təyyarələrindən biri Yalovada təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilotumuz katapult edib və sağ qalıb. Qəzanın səbəbi ətraflı araşdırmadan sonra müəyyən ediləcək”, – nazirlik bildirib.










