#Dünya

Pakistan və İranın XİN başçıları Məkkə sazişin müzakirə ediblər

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Xəbər Experti xəbər verir ki, tərəflər Səudiyyə Ərəbistanı və Türkiyə ilə bu yaxınlarda imzalanmış Məkkə müdafiə sazişini müzakirə ediblər.

Nazirlər mövcud geosiyasi vəziyyətlə bağlı fikir mübadiləsi apararaq regionda dəyişən şəraiti və uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səyləri vurğulayıblar.

Əraqçi İran və Oman arasında aparılan danışıqlarda son inkişaflar və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün ümumi marşrutun yaradılması barədə məlumat verib. O, həmçinin İranın bu istiqamətdə səylərini davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.

İshaq Dar Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında bu günlərdə imzalanmış Məkkə sazişinin əsas müddəalarını təqdim edib. O, sazişin məqsədlərini vurğulayaraq, sənədin strateji əməkdaşlığın gücləndirilməsinə, eləcə də regionda sülh və təhlükəsizliyin təşviqinə yönəldiyini bildirib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir