Kolumbiyada zəlzələ qurbanlarının sayı 110-u keçdi
Dünən Kolumbiyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Abelyardo del la Espirilya bildirib.
“Hazırkı vəziyyətdən xəbərdaram. Zəlzələdən zərər görmüş və yaxınlarını itirmiş insanlara görə çox üzülürəm”, – deyə Espirilya sosial şəbəkə hesabında paylaşım edib.
Bununla yanaşı, yerli KİV-nin məlumatına görə, zəlzələnin episentrinin düşdüyü San Xose del Palmar əyaləti ilə əlaqə yaratmaq demək olar ki, mümkün deyil.
Xatırladaq ki, dünən səhər Kolumbiyada 7,4 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələnin episentri San Xose del Palmar əyalətində, 107 km dərinlikdə yerləşib. Onlarla tikili dağılıb, yüzlərlə insan yaralanıb. Yeraltı titrəyişlər Kali, Pereyra, Kibdo, Boqota və digər şəhərlərdə də dağıntılara səbəb olub. Zəlzələ qonşu Ekvador və Panamada da hiss olunub.










