#Dünya

Hindistandan Sloveniyada səfirliyi təhqir edənləri cəzalandırmaq tələbi 

Hindistanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin Sloveniyadakı səfirlik binasının təhqir edilməsini pisləyib.

Xəbər Experti xəbər verir ki, bu barədə ölkə XİN-nin yaydığı bəyanatda deyilir.

“Biz antihindistan elementləri tərəfindən Lyublyanadakı Hindistan səfirliyinin binasının təhqir edilməsi aktını qətiyyətlə pisləyirik. Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklər toxunulmazdır və qorunmalıdır.  Sloveniya hakimiyyət orqanlarından bu qəbuledilməz hərəkətlərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirik”, – bəyanatda vurğulanıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir