#Ölkə

Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) milli bayram münasibətilə Sinqapuru təbrik edib.

Xəbər Experti xəbər verir ki, XİN bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Milli Bayram münasibətilə Sinqapur Respublikasının xalqına və hökumətinə səmimi təbriklər. Milli Bayramın mübarək, Sinqapur”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, 9 avqust Sinqapurda Müstəqillik Günü kimi qeyd olunur. Belə ki, 1965-ci il avqustun 9-da Sinqapur Malayziya Federasiyasından ayrılaraq müstəqil və suveren dövlət olduğunu elan edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir