#Dünya

BƏƏ Suriyanın Ceramana şəhərində törədilən terror aktını pisləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən Ceramana şəhərində sərnişin avtobusunun partladılması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması ilə nəticələnən terror aktını ən sərt şəkildə pisləyib.

Xəbər Experti xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin  bəyanatda deyilir.

Bəyanatda BƏƏ-nin  terror aktlarını qətiyyətlə pislədiyi,  təhlükəsizlik və sabitliyi sarsıtmağa yönəlmiş hər cür zorakılıq və terrorizmi qəti şəkildə rədd etdiyi bir daha vurğulanıb.

BƏƏ XİN bu mənfur hücumla əlaqədar həlak olanların ailələrinə, həmçinin Suriya Ərəb Respublikasına və onun xalqına dərin hüznlə başsağlığı verib, həmrəylik ifadə edib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir