#Dünya

Əlcəzairdə sərnişin avtobusu aşıb – 6 nəfər ölüb, 22 nəfər yaralanıb

Əlcəzairin şimal-şərqində, Konstantin əyalətində 79 nömrəli Milli Magistralda hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə axtarış-xilasetmə və tibbi qruplar göndərilib.

Əlcəzair Mülki Müdafiə Baş İdarəsi qəzada altı nəfərin öldüyünü, 22 nəfərin yaralandığını açıqlayıb.

Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb və ərazidə xilasetmə işləri davam edir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir