#Ölkə

“Qardaş Azərbaycan Türkmənistanın Beynəlxalq Hüquq İli təşəbbüsünü dəstəkləyib” – Səfir

“Qardaş Azərbaycan Türkmənistanın 2028-ci ili Beynəlxalq Hüquq İli elan etmək təşəbbüsünü dəstəkləyən 78 ölkə arasındadır”.

Xəbər Experti xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov BMT Baş Assambleyasının Türkmənistanın təşəbbüsü ilə 2028-ci ili Beynəlxalq Hüquq İli elan edən qətnamənin qəbulu ilə bağlı səfirlikdə keçirilən tədbirdə deyib.

Səfir bildirib ki, Azərbaycan da daxil olmaqla, bu təşəbbüsün müəllifi kimi yetmiş səkkiz ölkə çıxış edib. 

“Bu təşəbbüs hüquqi norma və mexanizmlərə etimadı gücləndirməyə yönəlmiş əsaslı beynəlxalq gündəliyi formalaşdırmaq məqsədi daşıyır.  Ümid edirəm birgə təşəbbüslərlə beynəlxalq hüquq mexanizminin işləməsini təmin edərək, dünyada və regionumuzda sülh, mehriban qonşuluq eləcə də qarşılıqlı faydalı əmədaşlıq prinsipləri yenidən əsas götürüləcəkdir”, – Qurbanməmmet Elyasov  söyləyib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir