Hindistanda daşqınlar – 6 gündə 26 ölü, 11 yaralı
Cənubi Hindistanın Kerala ştatında davam edən güclü yağışlar daşqın və torpaq sürüşmələri ilə nəticələnir.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, 1 avqustdan etibarən daşqın və torpaq sürüşmələrində 26 nəfər ölüb, 11 nəfər yaralanıb, 4 nəfər itkin düşüb.
27048 nəfər 462 sığınacağa yerləşdirilib.
Həmçinin 1882 hektar kənd təsərrüfatı sahəsi ziyan görüb.
Bir çox evin su altında qaldığı bölgədə daşqın suları hələ də çəkilməyib.










