“Nyukasl”ın yeni baş məşqçisi açıqlandı
“Nyukasl”ın yeni baş məşqçisi açıqlanıb.
Xəbər Experti xəbər verir ki, komandanı Mattias Yayssle çalışdıracaq.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 38 yaşlı almaniyalı mütəxəssislə imzalanan sözləşmə 3 illikdir.
Yayssle bu vəzifədə Eddi Haunu əvəzləyib.
Qeyd edək ki, Yaysslenin son iş yeri 2023-cü ildən çalışdırdığı “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) klubu olub.










