Hindistanda yağışlar səbəbindən ölənlərin sayı 20-yə çatıb
Hindistanın cənub-qərbindəki Kerala əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda ölənlərin sayı 20-yə çatıb.
Xəbər Experti xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
Şiddətli yağış və daşqınlardan təsirlənən 11500 nəfər ştatın müxtəlif yerlərində qurulmuş 16 sığınacaqda qalır.
Kerala Baş naziri V. D.Satheesan sosial medai hesabında etdiyi paylaşımda fəlakət bölgəsinə baş çəkdiyini bildirib.
“Bunun öhdəsindən birlikdə gələcəyik”, – deyə o vurğulayıb.









