“İran-Oman razılaşması Hörmüzün açılması demək deyil”
Oman və İran arasındakı razılaşma Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur.
Xəbər Experti xəbər verir ki, bu barədə İranın rəsmi mediası mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazının açılması ABŞ-dan və onun İrana qarşı təcavüzünə son qoymasından asılı olacaq.
“İran və Oman arasında gəmilərin Hörmüzdən keçməsi ilə bağlı mümkün razılaşma boğazın dərhal açılacağı anlamına gəlmir. ABŞ razılaşmanı pozmağa və İrana qarşı təcavüzkar addımlarını davam etdirsə, boğaz bağlı qalacaq”, – məlumatda vurğulanıb.










