#Ölkə

Xocavənddə daha 27 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Xəbər Experti xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sakinlər tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə – 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə – 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə – 17 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

Növbəti köç karvanları Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatıb.

Xəbər Experti xəbər verir ki, bu gün Xocavənd şəhərinə 20 ailə – 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə – 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə – 17 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb.

Xəbər Experti xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocavənddə daha 27 ailəyə evlərinin açarları təqdim olunub

Bakıda yağış yağacaq

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir