Seutaya 60 min miqrant daxil olub
İspaniyanın Şimali Afrikadakı Seuta Seuta muxtar şəhərinə 60 minə yaxın miqrant daxil olub.
Xəbər Experti xəbər verir ki, bu bardə Seutanın rəhbəri Xuan Xesus Vivas deyib.
“Bu hadisə nəticəsində şəhərimizə təxminən 60 min insan gəlib, bu, Seuta əhalisinin 70%-ni təşkil edir. Minlərlə miqrant üzərək, həmçinin şəhəri Mərakeşdən ayıran ərazini keçərək şəhərə daxil ola bilib”, – o bildirib.
Miqrant böhranı fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyi təmin etmək üçün ordu qüvvələri yerləşdirmək qərarına gəlib.










