#Ölkə

Danimarka Aİ-ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

“Avropa İttifaqı İspaniyanın Şengen zonasındakı üzvlüyünü dayandırmağı nəzərdən keçirməlidir”.

Xəbər Experti xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Frans Press Agentliyinə bildirib.

“Avropa İttifaqı dərhal bütün zəruri tədbirləri görməli və Şengen zonası çərçivəsində əməkdaşlığı dayandırmaq da daxil olmaqla, bütün bütün mümkün variantları nəzərdən keçirməlidir”, – Baş nazir deyib.

Frederiksen qeyd edib ki, o, artıq İspaniya ilə Şengen sazişinin dayandırılmasını təklif edən İtaliya Baş naziri Giorgia Meloni ilə danışıb:

“Biz mövcud vəziyyəti müzakirə etmək üçün Avropa liderlərini bir araya gətiririk”.

Xatırladaq ki, 50 mindən çox  miqrant bir gün ərzində Mərakeşdən İspaniyanın Seuta sərhədini keçib. İnsanlar Şimali Afrikadakı İspaniya anklavına çatmaq üçün quru və dəniz yolu ilə hərəkət ediblər. Yerli hakimiyyət orqanları miqrant axınının öhdəsindən gələ bilmir və İspaniya ordunu səfərbər etməli olub. Vəziyyət artıq Madrid və Roma arasında diplomatik münaqişəyə səbəb olub. İtaliya İspaniyanı Şengen zonasından çıxarmaqla hədələyib. 

Daha əvvəl isə Finlandiya Seutadakı böhran səbəbindən İspaniya ilə Şengen zonasının dayandırılması ideyasını dəstəkləyib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir