Pakistanda kömür mədənində partlayış, azı 34 ölü
Pakistanın cənubunda, Belucistan əyalətindəki kömür mədənlərinin birində güclü partlayış baş verib.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində azı 34 nəfər həlak olub.
İlkin məlumata görə, partlayışa metan qazının sızması səbəb olub. Fövqəladə hallar nazirliyinin məlumatına görə, xilasetmə əməliyyatı davam edir.
Partlayış zamanı mədəndə nə qədər insanın olduğu məlum deyil. Bu üzdən ölü sayının artması istisna deyil.
Yeri gəlmişkən, şahidlərin sözlərinə görə, partlayışdan sonra mədəndə qalanlara köməyə çalışan bir neçə nəfər də həlak olub.










