#Dünya

Nigeriyada silahlı hücumda 14 nəfər həlak olub

Nigeriyanın Benue əyalətində kəndlilər silahlı hücuma məruz qalıblar. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Benue əyalətinin qubernatorunun katibi Tersoo Kula bildirib.

O, hücumun Efeyi ştatında baş verdiyini, hücumda 14 nəfərin həyatını itirdiyini və bir çox insanın yaralandığını qeyd edib.

Qeyd edək ki, Benue əyalətində vaxtaşırı bu cür hücumlar baş verir. Ən son, 14-16 iyul tarixləri arasında baş verən hücumda 16 kəndli həyatını itirib və 1000-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir