#İdman

İtaliya klubunun futbolçusu yoxa çıxıb

İtaliyanın “Leççe” klubunun hücumçusu Lamek Banda komanda ilə əlaqəni kəsib.

Xəbər Experti xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin iddiasına görə, Zambiya millisinin 24 yaşlı oyunçu Avstriyada keçirilən mövsümöncəsi təlim-məşq toplanışına qatılmayıb. Futbolçu bunu sənədlərlə bağlı problem yaşaması ilə əsaslandırsa da, sonradan klubun zəng və mesajlarına cavab verməyi dayandırıb.

Bildirilir ki, 2025/2026 mövsümü ərzində Səudiyyə Ərəbistanının “Əl-Fateh” klubu Bandanı transfer etmək istəsə də, keçid baş tutmayıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir